Haqqımızda

AzLang dilinin tam sənədləri və API referansları

AzLang – Azərbaycanca sintaksisə sahib, modern və təhlükəsiz proqramlaşdırma dilidir. Bu dilin əsas məqsədi həm öyrənmək istəyənlər, həm də real layihələr üçün istifadə etmək istəyənlərə sadə və güclü vasitə təqdim etməkdir.

AzLang Rust və Zig dillərindən ilham alaraq hazırlanıb və AST, transpiler, validator və digər əsas komponentləri sıfırdan özümüz tərəfindən yazılıb. Hal-hazırda dilimiz sadə dəyişənlərdən strukturlara, enumlardan metodlara qədər bir çox imkanları dəstəkləyir.

Dilin inkişafı tamamilə açıq və şəffaf şəkildə aparılır. Məqsədimiz Azərbaycanda öz proqramlaşdırma dilimizi yaratmaq və bununla proqramçıları daha yaradıcı layihələrə təşviq etməkdir. Bizim üçün bu təkcə texniki layihə deyil, həm də mədəni dəyərləri və ana dilimizi texnologiyada təmsil etməyin bir yoludur.

AzLang-ı indi test edə, sənədləri araşdıra və öz töhfəni verə bilərsən. Gələcəyin proqramlaşdırma dilini birlikdə formalaşdıraq!